Faiq Mütəllimov: "Bir tərəfin tullantısı digər tərəf üçün istehsal xammalı ola bilər"
Bir tərəfin tullantısı digər tərəf üçün istehsal xammalı ola bilər.
"Far.Az" xəbər verir ki, bunu Prezidentin iqlim məsələləri üzrə nümayəndəliyinin əməkdaşı Faiq Mütəllimov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın 4-cü günündə bildirib.
"Paris Sazişinin məqsədlərini icra etmək istəyiriksə, daha uzağa baxmalı, başa düşməliyik ki, emissiyalara yalnız onların istehsal olunduğu nöqtədə baxmaq kifayət deyil. Bütün iqtisadi sistemə nəzər salmaq lazımdır. Çünki hər bir bina polad, sement, şüşə və digər materiallar tələb edir. Hər bir nəqliyyat vasitəsi metal, plastik və artan dərəcədə batareyalar tələb edir. Bərpa olunan enerji sistemlərinin özləri də böyük həcmdə mineral və istehsal olunmuş komponentlər tələb edir. Qida istehsalı və kənd təsərrüfatında isə torpaq, su, enerji, qablaşdırma və daşınma tələb olunur. Yəni bütün iqtisadi sistem resurs tələb edir.
Düşünürəm ki, icraatda məqsədimizə çatmaq üçün birinci məqam təsirin yumşaldılmasıdır. Artıq yanaşmamızı dəyişməyə başlaya bilərik. Məsələn, emissiyaları azaltmaq üçün necə istehsal etməli olduğumuz haqqında düşünməliyik. Düşünməliyik ki, "Bu qədər istehsal həcmi həqiqətən bizə lazımdırmı?" Fikrimcə, bu, iqlim müzakirəsini dəyişir. İkincisi, bu məsələ rəqabətqabiliyyətliliklə bağlıdır. Çünki resurs səmərəliliyi və daha təmiz istehsal bizneslərə və sənaye sahələrinə xərcləri optimallaşdırmağa imkan verir. Bir tərəfin tullantısı digər tərəf üçün istehsal xammalı ola bilər", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp: Düşünürəm ki, İranla müharibə seçkilərdən dərhal sonra başa çatacaq
-
Makron Paşinyanla "Şimal-Cənub" marşrutu çərçivəsində əməkdaşlığı müzakirə edib
-
Azərbaycanla Dünya Bankı arasında strateji tərəfdaşlıq müzakirə olunub
-
Livan gəmi qəzasında xilas edilmiş miqrantları Suriyaya təhvil verib
-
Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR
-
Alimlər 2 min dərəcədən yüksək temperaturda yeni buz növü kəşf ediblər













