Odessa yaxınlığında gəmiyə dron hücumu: İki Azərbaycan vətəndaşı həlak oldu
Dünən səhər saatlarında Qara dənizdə, Odessa limanı yaxınlığında Somali bayrağı altında üzən, "Mert Marine Corporation" şirkətinə məxsus "TEDY" yedək gəmisinə dron hücumu olub.
Far.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı gəmidə ümumilikdə 10 nəfərlik heyət olub. Onlardan dördü Azərbaycan, üçü Türkiyə, ikisi Almaniya, biri isə Ukrayna vətəndaşıdır.
Qeyd olunub ki, hücumdan sonra gəmi gecə saatlarında Konstansa limanına doğru hərəkət edərkən daha iki dron hücumuna məruz qalıb. Bu hücumlar nəticəsində iki Azərbaycan vətəndaşı - dənizçilər Aslan Əliyev və Asim Qasımov həlak olublar. Digər iki azərbaycanlı dənizçinin isə yaralanaraq Odessa şəhərində xəstəxanaya yerləşdirildiyi və hazırda müalicə aldıqları bildirilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Azov dənizində gəmiyə dron hücumunda həlak olan Fuad Orucov Xaçmazda dəfn edilib
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
Aysel Teymurzadədən qızı Leyla ilə bağlı paylaşım
-
"Yuventus" Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır
-
İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb
-
NYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır
-
Gəncədə 88 yaşlı qadın öldürülüb, hadisəni törətməkdə bacısı oğlu şübhəli bilinir













