CICA konfransının iştirakçıları Bakı Limanının fəaliyyəti ilə tanış olublar
Bakıda "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə" (CICA) çərçivəsində "Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu" mövzusunda keçirilən beynəlxalq konfransın ikinci günü Bakı Beynəlxalq Dəniz Limanında baş tutub.
Bu barədə "Far.Az"a "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən məlumat verilib.
Bidlirilib ki, konfrans çərçivəsində texniki sessiyalar, işitrakçıların Bakı Beynəlxalq Dəniz Limanına səfəri və limanda tətbiq edilən innovativ və dayanıqlı həllərin təqdimatı olub.
İştirakçılar üçün "İnnovasiyanın fəaliyyətdə nümayişi" mövzusunda sahə gəzintisi təşkil olunub. Bakı Limanının Ümumi Yük və Ro-Ro terminallarına baxış keçirilib, həmçinin limanın rəqəmsal idarəetmə və təhlükəsizlik sistemlərinin fəaliyyəti nümayiş etdirilib. İştirakçılara Limanın İdarəetmə Mərkəzinin (Control Room) və Vahid Keçid Mərkəzinin fəaliyyəti ilə də tanış olmaq imkanı yaradılıb.
Daha sonra Bakı Limanının rəhbərliyi ilə interaktiv sessiya təşkil edilib. Sessiya zamanı limanın fəaliyyəti, inkişaf perspektivləri və regional nəqliyyat-logistika sistemində rolu ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbirin növbəti hissəsində "Yaşıl Liman" mövzusunda daha bir sessiya keçirilib. Sessiya çərçivəsində Bakı Limanı haqqında ümumi məlumat təqdim olunub, həmçinin "Yaşıl Nəqliyyat" və "Yaşıl Liman" konsepsiyalarının tətbiqi, dayanıqlı logistika və ekoloji səmərəliliyin artırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Oxşar xəbərlər
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Dini mövzuların mediada təqdimatı ilə bağlı konfransın iştirakçıları Qubadakı ibadətgahlarda olublar
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Bakı Limanı Asiyanın aparıcı limanlarını bir araya gətirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp: Düşünürəm ki, İranla müharibə seçkilərdən dərhal sonra başa çatacaq
-
Makron Paşinyanla "Şimal-Cənub" marşrutu çərçivəsində əməkdaşlığı müzakirə edib
-
Livan gəmi qəzasında xilas edilmiş miqrantları Suriyaya təhvil verib
-
Azərbaycanla Dünya Bankı arasında strateji tərəfdaşlıq müzakirə olunub
-
Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR
-
Alimlər 2 min dərəcədən yüksək temperaturda yeni buz növü kəşf ediblər













