Dünya Bankının Azərbaycandakı vahid nümayəndəsi vəzifəsinin icrasına başlayıb
Dünya Bankı Qrupunun Azərbaycandakı vahid nümayəndəsi Saşa Akira Bakes vəzifəsinin icrasına başlayıb.
"Far.Az"a bankdan verilən məlumata görə, S. Bakes bu vəzifədə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankını (BYİB), Beynəlxalq Maliyyə Korporasiyasını (IFC) və Çoxtərəfli İnvestisiya Zəmanətləri Agentliyini (MIGA) təmsil edəcək, həmçinin Dünya Bankı Qrupunun Azərbaycandakı fəaliyyətini əlaqələndirəcək.
O, fəaliyyəti çərçivəsində Dünya Bankı Qrupunun Azərbaycan üzrə Tərəfdaşlıq Çərçivəsinə uyğun olaraq dayanıqlı iqtisadi artımın təşviqinə, özəl sektorun inkişafına və yeni iş yerlərinin yaradılmasına, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşməyə çıxış imkanlarının genişləndirilməsinə dəstək göstərəcək.
Bundan əlavə, onun fəaliyyət istiqamətlərinə nəqliyyat və rəqəmsal bağlantının inkişafı, enerji keçidinin dəstəklənməsi, eləcə də iqlim dəyişikliklərinə davamlılığın artırılması daxildir.
S. Bakes 2007-ci ildən Dünya Bankı Qrupunda çalışır.
Qeyd edək ki, Dünya Bankı Qrupu Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçmək barədə qərar qəbul edib.
İlkin mərhələdə S. Bakesin yalnız Dünya Bankının Azərbaycandakı ölkə meneceri vəzifəsinə təyin olunacağı nəzərdə tutulurdu.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livan gəmi qəzasında xilas edilmiş miqrantları Suriyaya təhvil verib
-
Rubio: ABŞ Meksikadakı narkokartellərin təhdidinə cavab verməli olacaq
-
Rumıniya Prezidenti Ukraynaya dəstək qüvvələri komandanlığına 20 zabit göndərməyi təklif edib
-
İran XİN: Tehran Fars körfəzinin təhlükəsizliyi prinsipinə sadiqdir
-
Kris Rayt: Hörmüz boğazı vasitəsilə gündəlik təxminən 11 milyon barel neft nəql edilir
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (10.09.2026)













