Cənubi Koreya Azərbaycan vətəndaşları üçün təqaüd proqramına qəbul elan edib
Far.Az xəbər saytı

Cənubi Koreya Azərbaycan vətəndaşları üçün təqaüd proqramına qəbul elan edib


Koreya Respublikasının Azərbaycandakı səfirliyi bakalavr səviyyəsində təhsil üçün 2027-ci il üzrə Qlobal Koreya Təqaüd proqramında (Global Korea Scholarship – GKS) iştirakla bağlı müraciətlərin qəbuluna başladığını elan edib.

Diplomatik nümayəndəlikdən "Far.Az"a bildirilib ki, proqramda 25 yaşınadək Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Səfirlikdən qeyd edilib ki, təqaüd universitetdə təhsil haqqının, Koreya dili üzrə hazırlıq proqramının, aviabilet xərclərinin ödənilməsini, eləcə də yaşayış, yerləşmə, tibbi sığorta və proqramda nəzərdə tutulan digər xərcləri qarşılayan aylıq ödənişi nəzərdə tutur.

Azərbaycan vətəndaşları üçün müraciətlərin qəbulu yalnız www.studyinkorea.go.kr saytı vasitəsilə Bakı vaxtı ilə 15 sentyabr 2026-cı il saat 06:00-dan 30 sentyabr 2026-cı il saat 13:00-a qədər həyata keçiriləcək.

Sənədlərin təqdim edilməsinin son tarixi, onların yoxlanılması və müsahibələrin keçirilməsi qrafiki ayrıca olaraq səfirliyin rəsmi saytında dərc ediləcək.

Proqram haqqında ətraflı məlumatı aşağıdakı linklərdən əldə etmək olar:

https://overseas.mofa.go.kr/az-en/brd/m_8242/list.do

https://www.studyinkorea.go.kr/ko/plan/scholarship.do

Oxşar xəbərlər

Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
"Global Media Group" Media Akademiyasının təlim proqramına start verilib
Azərbaycanda meyvə bağını şaxta vurması üzrə 712 min manat sığorta ödənişi edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər