Azərbaycanda emal sənayesi 3 %-dən çox böyüyüb
Far.Az xəbər saytı

Azərbaycanda emal sənayesi 3 %-dən çox böyüyüb


Bu ilin yanvar-avqust aylarında Azərbaycanın emal sənayesində 14 milyard 912,1 milyon manat dəyərində məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % çoxdur.

Emal sənayesində daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı (+89,3 %), əczaçılıq məhsullarının istehsalı (+48,4 %), mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı (+38,7 %), toxuculuq sənayesi (+28,8 %), tütün məmulatlarının istehsalı (+16,3 %), kağız və karton istehsalı (+14,1 %), rezin və plastik kütlə məmulatlarının istehsalı (+9,2 %), tikinti materiallarının istehsalı (+9 %), dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı (+8 %), qida məhsullarının istehsalı (+7,9 %), metallurgiya sənayesi (+6,9 %), elektrik avadanlıqlarının istehsalı (+5,4 %) sahələrində olub.

Xatırladaq ki, 8 ay ərzində ölkədə sənaye istehsalının ümumi dəyəri illik müqayisədə 0,4 % azalaraq 44 milyard 620,3 milyon manat, o cümlədən neft-qaz sənayesi istehsalının ümumi dəyəri 1,5 % azalaraq 30 milyard 14,4 milyon manat, qeyri-neft-qaz sənayesi istehsalının ümumi dəyəri 5,4 % artaraq 14 milyard 605,9 milyon manat olub.

Oxşar xəbərlər

Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Bakıda güclü külək 78 ağacı aşırdı, 40 ağacın budaqları qırıldı
Kəsilmiş ağacın əvəzinə yeni ağac əkilib və üzərinə identifikasiya etiketi vurulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər