Naxçıvanda 250 min manatlıq dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb
Naxçıvanda dövlət qurumunun adından istifadə edərək 250 min manatdan çox vəsaiti dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən şəxs yaxalanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət qurumunun adından istifadə edərək vətəndaşları aldadan İlkin Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla onun vətəndaşlara obyekt tikintisinə sərəncam verilməsi ilə bağlı dövlət qurumu adından saxta sənəd hazırlayaraq təqdim etdiyi və bu yolla ümumilikdə 250000 manatdan çox pul vəsaitini dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən olunub.
Faktla bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinin (DİN) İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Hava Hücumundan Müdafiə bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verilib
Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" İngiltərədə "Mançester Yunayted"ə böyük hesabla məğlub olub
-
Dambrauskas: "Mançester Yunayted" uşaqlıqdan dəstəklədiyim klubdur, bu məğlubiyyət böyük təcrübədir"
-
Braziliyada kiçik təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
-
UEFA Çempionlar Liqası: "Sabah" "Mançester Yunayted"ə böyük hesabla məğlub olub - YENİLƏNİB-7
-
Livan və İsrail nümayəndə heyətləri Romada danışıqlar aparacaq
-
Ölüm qapılarını döymədən dəqiqələr əvvəl - Şəkidə çəkilən son görüntülər













