Terrorçuluğu maliyyələşdirən iki nəfərə hökm oxundu
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən və terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən Eldar Cəlilov və Samir Şeydayevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Eldar Cəlilov və Samir Şeydayev 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
Onlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.
Qeyd edək ki, DTX tərəfindən saxlanılan Eldar Cəlilov və Samir Şeydayev AR Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə ittiham olunurlar.
İttihama əsasən, Eldar Cəlilov və Samir Şeydayevin 2021-ci ildən etibarən müxtəlif vaxtlarda xarici ölkələrdəki üçüncü şəxslərin adına sürətli pulköçürmə sistemləri vasitəsilə müxtəlif məbləğlərdə pul vəsaitləri köçürdükləri və həmin vəsaitlərin silah və digər terror məqsədli vasitələrin əldə olunması üçün terror təşkilatı İraq-Şam İslam Dövlətinə (İŞİD) çatdırılmasına yönəldildiyi müəyyən edilib.
Oxşar xəbərlər
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Arayik Arutyunyan və digərlərinə hökm oxundu
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
Aysel Teymurzadədən qızı Leyla ilə bağlı paylaşım
-
"Yuventus" Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır
-
İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb
-
Gəncədə 88 yaşlı qadın öldürülüb, hadisəni törətməkdə bacısı oğlu şübhəli bilinir
-
NYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır













