Giresunda mikroavtobusla yük maşını toqquşub, 23 nəfər xəsarət alıb
Türkiyənin Giresun şəhərinin Şebinkarahisar rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusla kiçik yük maşını toqquşub, 23 nəfər xəsarət alıb.
"Report" "Anadolu Ajansı"na istinadən xəbər verir ki, Şebinkarahisar-Dereli avtomobil yolunun Şaplıca kəndi Deliklitaş ərazisində 44 PV 793 dövlət nömrə nişanlı mikroavtobusla 58 AGY 870 dövlət nömrə nişanlı kiçik yük maşını toqquşub.
"Kiçik yük maşını zərbənin təsirindən yol kənarına aşıb", - məlumatda bildirilib.
Hadisə yerinə 112 Təcili Tibbi Yardım və jandarm qrupları göndərilib.
Qəzada yaralanan sürücülər də daxil olmaqla, 23 nəfər Şebinkarahisar Dövlət Xəstəxanasına çatdırılıb.
Xəsarət alanlarının son vəziyyətinin yaxşı olduğu qeyd olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Bakıda yeni avtomobil yolunun tikintisi davam etdirilir
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













