Bakıda küçələr yuyuldu
Payız mövsümünün gəlişi ilə əlaqədar paytaxtın sanitar-təmizlik vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, sentyabrın 12-də şəhərdə növbəti genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib.
Qeyd olunub ki, səhər saatlarından etibarən kommunal təsərrüfat xidmətlərinin xüsusi texnikası vasitəsilə bitki və canlılara zərər verməyən yuyucu vasitələrdən istifadə olunmaqla paytaxtın əsas küçə və prospektləri, eləcə də məhəllədaxili və ara yollar yuyulub.
Təmizlik işləri zamanı səkilər, bordürlər, işıq dirəkləri, məhəccərlər, park və istirahət məkanlarındakı oturacaqlar yuyulub, həyət və yaşayış məhəllələrində səliqə-sahman işləri görülüb.
Eyni zamanda, ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, onların ətraf ərazilərində abadlıq işləri aparılıb.
Mövsümlə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən küçə və prospektlər boyunca ağac və yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağaclar yuyulub, qurumuş budaqlar budanıb.
Qabaqlayıcı tədbirlər çərçivəsində xəstə və qurumuş ağaclar götürülərək onların yerində Bakı iqliminə uyğun yeni ağacların əkilməsi davam etdirilib.
Şəhərin park, bağ və digər yaşıllıq ərazilərində mövsümə uyğun rəngbərəng güllər əkilərək müxtəlif dekorativ kompozisiyalar yaradılıb.
Paytaxtın bütün rayonlarını əhatə edən təmizlik, abadlıq və yaşıllaşdırma tədbirləri bundan sonra da davam etdiriləcək.
Qalereya
Oxşar xəbərlər
Bu gün paytaxtın 555 küçəsi yuyuldu
Bakının 556 küçəsi yuyuldu
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB
Bu gün paytaxtın 556 küçəsi yuyuldu
Bakının əsas küçə və prospektləri yuyulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Trampla Ərdoğan arasında telefon danışığı olub
-
Maçado: ABŞ Venesuelada seçkilərin 2027-ci ildə keçirilməsini təklif edib
-
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
-
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
-
Yeni Suraxanı-Hövsan dəmiryol xətti bərpa ediləcək, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb
-
Bitkoinin qiyməti kripto bazarda kütləvi ləğvlər fonunda 79 min dollardan aşağı düşüb













