Oğul ona siqaret almayan atasını bıçaqladı
Far.Az xəbər saytı

Oğul ona siqaret almayan atasını bıçaqladı


Gəncə şəhərində oğul atasını siqaretə görə bıçaqlayıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, şəhər sakini, 1998-ci il təvəllüdlü Mətləb Məmmədov (soyad şərtidir - red.) Türkiyədə təhsil alandan sonra Gəncə şəhərinə qayıtsa da iş tapa bilməyib. O, valideynlərinin yanında qalıb və gündəlik xərclik pullarını valideynlərindən alıb. Atası və anası hər gün Mətləbə siqaret də alırlarmış.

İttihamda yazılanlara görə, bir müddət əvvəl Mətləbin atası Məmməd gecə yuxudan oyanıb və evin eyvanında səs eşidib. O, eyvana çıxanda oğlunun orada siqaret çəkdiyini görüb və ona irad bildirib.

Səhəri gün Mətləb yenidən atasından siqaret istəyib. Amma valideyni ona siqaret almayacağını bildirib. Nəticədə ata və oğul arasında mübahisə yaranıb. Bu zaman Mətləb atasına bıçaqla xəsarət yetirib və hadisə yerindən uzaqlaşıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə M.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılaraq iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə M.Məmmədov 3 il azadlıqdan məhrum edilib.

Oxşar xəbərlər

Devid Bekhemin gəlini hər ay atasından 1 milyon dollar xərclik alır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər