İran və Oman razılaşıblar: Hörmüzdə yeni giriş-çıxış marşrutları yaradılır - DETALLAR
İran və Oman arasında əldə olunan razılaşma Hörmüz boğazının açılması demək deyil.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məlumatlı mənbə bildirib.
Mənbənin sözlərinə görə, avqustun sonlarında intensiv texniki və diplomatik danışıqlar nəticəsində yekun razılaşma əldə olunub və onun yaxın vaxtlarda Fars körfəzi sahilində yerləşən dövlətlərin xarici işlər nazirlərinin iştirakı ilə elan edilməsi planlaşdırılır.
İranın danışıqlar qrupuna yaxın olan mənbə bildirib ki, bu razılaşma yalnız İran və Oman arasındadır. Digər ölkələr qarşıdakı görüşdə yalnız marşrutun detalları və tranzit qaydaları barədə məlumatlandırılacaqlar və bununla da beynəlxalq ictimaiyyətə plana etiraz etmədikləri barədə mesaj veriləcək.
Mənbənin sözlərinə görə, razılaşma İran və Oman arasında yerləşən boğazdan giriş və çıxış üçün yeni marşrutların konkret detallarını müəyyənləşdirir.
Bu razılaşmaya əsasən, Fars körfəzinə giriş marşrutu tamamilə İranın ərazi sularından keçəcək. Çıxış marşrutunun bir hissəsi də İranın ərazi sularında yerləşəcək. Marşrut üzrə tranzit İranın müəyyən etdiyi qaydalarla tənzimlənəcək və razılaşma qüvvəyə mindikdən sonra ABŞ-nin açılmasını tələb etdiyi və son dövrlərdə gərginliyin əsas mənbələrindən biri olan cənub marşrutu bağlanacaq.
Mənbə vurğulayıb ki, bu razılaşma heç bir halda Hörmüz boğazının açılması demək deyil. Onun sözlərinə görə, İran vasitəçilər kanalı ilə boğazın açılması üçün ABŞ tərəfinə yeddi şərt çatdırıb və İran İslam Respublikasının ali hakimiyyət orqanları tərəfindən təsdiqlənən həmin yeddi şərt yerinə yetirilənədək boğaz bağlı qalacaq.
Oxşar xəbərlər
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













