Qara dənizdə dron hücumunda yaralanan azərbaycanlının ailəsi danışdı
Far.Az xəbər saytı

Qara dənizdə dron hücumunda yaralanan azərbaycanlının ailəsi danışdı


Uzun illərdir dənizçiliklə məşğul olan Rauf Əliyev 1985-ci ildə Neftçalanın Bankə qəsəbəsində anadan olub. Ailəsi onun tez-tez səfərlərə çıxdığını bilsə də, bu dəfə gələn xəbər onları sarsıdıb.

Rauf Əliyevin olduğu gəmi əvvəlcə dron hücumuna məruz qalaraq zədələnib. Gəmi Konstansa limanına doğru hərəkət etsə də, gecə saatlarında daha iki dəfə dron hücumuna məruz qalıb. Nəticədə iki azərbaycanlı dənizçi həyatını itirib, Rauf Əliyev və İmran Novruzov isə yaralanıblar.

Rauf Əliyevin yaxınları Baku TV-yə danışıblar:

"Rauf dənizçilik fəaliyyətinə Neftçala şəhərindən başlayıb. Sonra Türkiyəyə keçib. Ola bilər, iki ildir, iki ildən bir az artıqdır ki, Türkiyədə işləyir. Hər üç-beş aydan bir gedir, işləyir, zəhmət çəkir, sonra evinə qayıdır".

Qeyd edək ki, Rauf Əliyev ailəlidir və iki azyaşlı övladı var.

Xatırladaq ki, sentyabrın 9-da Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu yük gəmisi dron hücumlarına məruz qalıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azov dənizində gəmiyə dron hücumunda həlak olan Fuad Orucov Xaçmazda dəfn edilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər