Zeder XDB-nin seçkilərdə məğlubiyyətindən sonra Mertsin istefası ehtimalını rədd edib
Far.Az xəbər saytı

Zeder XDB-nin seçkilərdə məğlubiyyətindən sonra Mertsin istefası ehtimalını rədd edib


Xristian Sosial Birliyinin (XSB) lideri və Bavariyanın Baş naziri Markus Zeder Xristian Demokrat Birliyinin (XDB) Saksoniya-Anhalt seçkilərində məğlubiyyətindən sonra Almaniya kansleri Fridrix Mertsin istefası ehtimalını rədd edib.

"Report"un məlumatına görə, siyasətçi fikirlərini "Bild"ə verdiyi müsahibədə bölüşüb.

Zeder bildirib ki, Almaniya koalisiya böhranı ilə deyil, hökumətin aktiv fəaliyyətini tələb edən daha ciddi problemlərlə üzləşib. O bildirib ki, Berlin islahatları daha aqressiv və aktiv şəkildə həyata keçirməlidir.

Zeder Mertsi Almaniyaya rəhbərlik etmək üçün "düzgün insan" adlandırıb və XSB-nin onun vəzifədən kənarlaşdırılmasında iştirak etməyəcəyini vurğulayıb. O hesab edir ki, kanserin dəyişməsi mövcud problemləri, o cümlədən hakim koalisiyanın bir hissəsi olan Almaniya Sosial Demokrat Partiyası (ASDP) ilə fikir ayrılıqlarını həll etməyəcək.

Bavariyanın Baş naziri həmçinin hazırkı Almaniya federal hökumətinin 2029-cu ilə qədər vəzifədə qalacağına ümid etdiyini bildirib.

Xatırladaq ki, 6 sentyabrda Saksoniya-Anhaltda parlament seçkiləri keçirilib. İlkin rəsmi nəticələrə görə, Almaniya üçün Alternativ Partiyası səslərin 43,8 %-ni toplayaraq qəti qələbə qazanıb. Mertsin XDİ-si 2021-ci illə müqayisədə yarıdan çox səslə ikinci yeri tutub. Xristian demokratlar səslərin yalnız 17,2 %-ni toplayıblar ki, bu da Saksoniya-Anhaltda XDİ üçün ən pis nəticədir. ASDP seçicilərin səslərinin 9,3 %-ni toplayaraq üçüncü yeri tutub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər