Səudiyyə Ərəbistanı XİN: Neft kəmərinə hücum edən dronlar İraqdan buraxılıb
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi (XİN) "Şərq-Qərb" magistral neft kəmərinə edilən hücumu kəskin şəkildə qınayıb.
"Far.Az" qurumun bəyanatına istinadən xəbər verir ki, Ər-Riyad və Mədinə bölgələrindəki neft kəməri İraq ərazisindən buraxılan bir neçə pilotsuz uçuş aparatının (PUA) zərbəsinə məruz qalıb, nəticədə bir neçə nəfər xəsarət alıb və infrastruktura ziyan dəyib.
Bununla yanaşı, Ər-Riyad cavab addımlarından müvəqqəti olaraq çəkinmək qərarına gəlib. XİN-dən izah ediblər ki, bu qərar İraqın Baş naziri Əli əl-Zaidinin xahişi ilə qəbul edilib.
Səudiyyə Ərəbistanı İraq ərazisindən həm krallıq, həm də qonşu dövlətlər istiqamətində gələcək hücumların qarşısını almaq üçün Bağdada müstəqil şəkildə zəruri tədbirlər görmək imkanı verməyi nəzərdə tutur.
Vurğulanıb ki, Ər-Riyad öz suverenliyini, əsas infrastrukturunu qorumaq, eləcə də ölkə vətəndaşlarının və sakinlərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək üzrə qanuni hüquqlarını özündə saxlayır.
Oxşar xəbərlər
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nofəl Əsədov FHN-də yüksək vəzifəyə təyin olundu
-
Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq
-
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
-
Kənan Nəsibov: "2028-ci il Los-Anceles olimpiadasında Azərbaycana medal gətirəcəyəm"
-
FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib
-
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb













