Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçirilir
Far.Az xəbər saytı

Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçirilir


Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) birgə təşkilatçılığı ilə yelkən üzrə açıq Azərbaycan çempionatı start götürüb.

ASİNF-dən "Far.Az"a verilən məlumata görə, yelkən mərkəzində, Şıxov çimərliyi ərazisində keçirilən çempionatın açılış mərasimində əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Ardınca yarışın reqlamenti, mübarizə qaydaları və çempionatda iştirak edən idmançılar haqqında məlumat verilib. Rəsmi hissədən sonra yarışlar başlayıb.

Qeyd edək ki, açıq ölkə çempionatında Azərbaycanla yanaşı, Türkiyədən gələn 10 nəfərdən ibarət heyət Optimist və ILCA4 sinifləri üzrə mübarizə aparır. Yarış sentyabrın 14-nə qədər davam edəcək. Mükafatlandırma mərasimi son gündə baş tutacaq.

Qaliblər diplom və medallarla təltif olunacaqlar. Həmçinin bütün iştirakçılara Azərbaycan Su İdman Növləri Federasiyası tərəfindən sertifikatlar təqdim ediləcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər