Revolut müştərilərinin məlumatları dələduzların əlinə keçib
Far.Az xəbər saytı

Revolut müştərilərinin məlumatları dələduzların əlinə keçib


Böyük Britaniyanın rəqəmsal bankı Revolut dövlət qurumlarından birinin adından göndərilən saxta sorğu əsasında müştərilərinin məxfi məlumatlarını üçüncü tərəfə ötürüb.

Far.Az xəbər verir ki, şirkət məlumat sızmasını təsdiqləyib. Bildirilir ki, dələduzlar real dövlət qurumuna məxsus domendən istifadə edərək banka saxta sorğular göndəriblər.

Sızma nəticəsində bəzi müştərilərin doğum tarixləri, poçt və elektron ünvanları, telefon nömrələri, şəxsiyyəti təsdiq edən sənədlərin surətləri, həmçinin ehtimal ki, verifikasiya üçün təqdim edilən selfilər, hesab çıxarışları və əməliyyat tarixçələri əldə edilib.

Revolut nümayəndələri bildiriblər ki, hadisə zamanı bankın sistemlərinə və müştərilərin vəsaitlərinə müdaxilə olunmayıb. Şirkət məlumat sızmasından neçə müştərinin təsirləndiyini açıqlamayıb.

Qeyd edək ki, Revolut 2025-ci ilin noyabrından etibarən Rusiya vətəndaşlarının bəzi hesablarını bloklamağa başlayıb.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Dələduzlar qızdan görün necə pul almağa çalışdılar - Heç kimin ağlına gəlməzdi...
Azərbaycandan İrana göndərilən humanitar yardım dövlət sərhəd buraxılış məntəqəsindən keçib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər