Rusiya Ermənistana qaz nəqlini müvəqqəti dayandırır
Rusiyadan Ermənistana təbii qaz tədarükü sentyabrın 15-dən 25-dək müvəqqəti dayandırılacaq.
Far.Az xəbər verir ki, "Qazprom Ermənistan" şirkətinin məlumatına görə, buna səbəb Rusiyanın ərazisindən keçən "Şimali Qafqaz–Zaqafqaziya" magistral qaz kəmərində planlı profilaktik və təmir işlərinin aparılmasıdır.
Şirkət bildirib ki, qaz nəqlinin dayandırıldığı müddətdə Ermənistanda istehlakçıların fasiləsiz qazla təminatı daxili ehtiyatlar və İrandan əlavə qaz tədarükü hesabına həyata keçiriləcək.
Ermənistan qaz tələbatının böyük hissəsini Rusiyadan təmin edir. 2025-ci ildə "Qazprom" ölkəyə təxminən 2,7 milyard kubmetr qaz tədarük edib. İran isə "qaz əvəzinə elektrik enerjisi" proqramı çərçivəsində Ermənistana ildə təxminən 476 milyon kubmetr qaz verir.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl ölkədə qazın baha olduğunu bildirib. O, qaz tarifinin dəyişib-dəyişməməsindən asılı olmayaraq, ölkəsinin enerji mənbələrinin şaxələndirilməsi siyasətini davam etdirəcəyini vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb
-
Fransa insan hüquqlarının müdafiəsi sahəsindəki tənqidə görə ABŞ-dən üzr istəyib
-
Böyük Britaniya və Aİ sammiti yenidən təxirə salınıb
-
CENTCOM rəhbəri: Biz yaxşı silahlanmışıq və istənilən vəziyyətə hazırıq
-
Naxçıvanda 8 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 31 minə yaxın şəxs qəbul edilib
-
Fars körfəzi ölkələrinin XİN başçılarının Oman görüşü təxirə salınıb













