"LANDAU Lions" komandasının baş məşqçisi Erhan Toker: "Matçdan razı, nəticədən narazı qaldım"
"LANDAU Lions" komandasının basketbolçuları FIBA Çempionlar Liqasının II təsnifat mərhələsində Latviyanın "VEF Riqa" kollektivi ilə matçda yaxşı mübarizə aparıblar.
"Far.Az" xəbər verir ki, bunu Azərbaycan təmsilçisinin baş məqşçisi Erhan Toker sözügedən oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, məğlub olduqları qarşılaşma barədə danışıb:
"İlk iki dövrəni daha yaxşı çıxış etdik. İkinci yarıda bir qədər oyundan qopduq. Təbii ki, bu bizim hazır olmamağımızdan da qaynaqlana bilər. Bu, sadəcə ikinci oyunumuz idi. Hələ də komandada rollar bəlli deyil. Mənnun olduğum və razı qalmadığım tərəflər var. Müdafiədə daha sərt oynamalı idik. Yekunda matçdan razı, amma nəticədən narazı qaldım. Bizim üçün faydalı oyun oldu. Basketbolçularımız yaxşı mübarizə apardılar. FIBA Avropa Liqasına hazırlaşacağıq".
Qeyd edək ki, "VEF Riqa" komandasına 88:105 hesabı ilə uduzan "LANDAU Lions" mübarizəni Avropa Kubokunun G qrupunda davam edəcək.
Oxşar xəbərlər
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb, 12 illik seriya qırılıb - YENİLƏNİB-8
"Zirə" "Payde" kollektivi ilə bərabərə qalaraq UEFA Konfrans Liqası ilə vidalaşıb - YENİLƏNİB-5
FIBA Çempionlar Liqası: "Landau Lions" Latviyanın "VEF Riqa" komandasına rəqib olub
Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını, Zəfər abidəsini ziyarət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb
-
Naxçıvanda 8 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 31 minə yaxın şəxs qəbul edilib
-
Fransa insan hüquqlarının müdafiəsi sahəsindəki tənqidə görə ABŞ-dən üzr istəyib
-
Böyük Britaniya və Aİ sammiti yenidən təxirə salınıb
-
CENTCOM rəhbəri: Biz yaxşı silahlanmışıq və istənilən vəziyyətə hazırıq
-
Fars körfəzi ölkələrinin XİN başçılarının Oman görüşü təxirə salınıb













