Qrono Kostanyanla Ermənistan və Azərbaycan arasında sülh prosesini müzakirə edib
Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan bu gün Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə danışıqlar aparıb.
"Far.Az" xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Danışıqlar zamanı tərəflər Ermənistan və Aİ münasibətlərini, Bakı ilə İrəvan arasındakı sülhün institusionallaşdırılması məsələsini müzakirə ediblər", - məlumatda bildirilib.
Qeyd edək ki, daha əvvəl Aİ-nin xüsusi nümayəndəsi "Far.Az"a müsahibəsində Ermənistana səfər edəcəyini bildirmişdi.
Xatırladaq ki, Qrono Ermənistana səfərindən əvvəl Azərbaycanda olub və ölkədə akkreditə olunmuş diplomatik korpusun ölkənin azad edilmiş ərazilərinə - Qarabağ və Şərqi Zəngəzura səfərində iştirak edib.
Oxşar xəbərlər
BYD Bakı Mərkəzinin nümayəndələri "E-Journey 2026" beynəlxalq texnologiya səfərində
Diplomatik korpusun nümayəndələri Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisini ziyarət ediblər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













