Avropa İttifaqı Arktikanı yeni strateji region hesab edir
Avropa İttifaqı (Aİ) dəyişən geosiyasi vəziyyət və Rusiya tərəfindən artan təhdidlər fonunda Arktikaya strateji region kimi baxmalıdır.
"Far.Az"un Avropa bürosu xəbər verir ki, Finlandiyanın Rovaniemi şəhərində keçirilən Avropa Arktika Sammitinin yekunlarına dair mətbuat konfransında Finlandiya, Danimarka, Almaniya, Baltikyanı ölkələr, Rumıniya liderlərinin, eləcə də Aİ Şurasının rəhbəri Antonio Koştanın və Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın əsas mesajı bu olub.
Finlandiyanın Baş naziri Petteri Orpo Rusiyanın Arktikanın təhlükəsizliyinə və sabitliyinə ən ciddi uzunmüddətli təhdid olduğunu bildirərək, Aİ-ni regiona strateji zona kimi baxmağa çağırıb.
Koşta bildirib ki, Aİ özünün Arktika siyasətini yeni geosiyasi reallığa uyğunlaşdırmalıdır. Onun sözlərinə görə, bu, təhlükəsizlik və müdafiəyə, o cümlədən Arktikada investisiyaların artırılması da daxil olmaqla, Aİ-nin növbəti uzunmüddətli büdcəsində öz əksini tapmalıdır.
Almaniya kansleri Fridrix Mertsin sözlərinə görə, Rusiya regionda hərbi potensialını artırır və buradakı mövcudluğundan hibrid fəaliyyət üçün istifadə edir.
Kallas bildirib ki, Rusiya təcavüzkar siyasətini gücləndirir və Avropanı parçalamağa, eləcə də onun Ukraynaya dəstəyini zəiflətməyə çalışaraq hibrid hücumlardan istifadə edir. Onun sözlərinə görə, buna cavab olaraq, Kiyevə dəstəyi gücləndirmək lazımdır.
Danimarkanın Baş naziri Mette Frederiksen bildirib ki, iki ölkə tərəfindən yaradılmış yüksək səviyyəli işçi qrupu çərçivəsində ABŞ ilə iş davam edir. O, nəticə çıxarmaq üçün hələ tez olduğunu, lakin Qrenlandiyada sülh yolu ilə həllə və təhlükəsizlik, eləcə də müdafiə sahəsində daha sıx əməkdaşlığa ümid etdiyini bildirib.
Baltikyanı ölkələrin liderləri Baltik dənizinin və Arktikanın təhlükəsizliyinin bir-biri ilə sıx bağlı olduğunu qeyd ediblər.
Estoniyanın Baş naziri Kristen Mixalın sözlərinə görə, ölkə Aİ-yə təhlükəsizlik və mövcudluq sahəsində təcrübə, həmçinin nadir torpaq metallarının emalı imkanlarını təklif edə bilər.
Öz növbəsində Litva Prezidenti Gitanas Nauseda bildirib ki, avropalılar Ukraynanın Rusiya ilə müharibədə məğlubiyyətinin Avropanın azadlığını və təhlükəsizliyini təhlükə altına qoyacağını dərk etməlidirlər. Latviyanın Baş naziri Andris Kulberqs isə bildirib ki, Avropa ölkələri mümkün təhdidlərə hazırlaşmaq üçün Ukraynanın verdiyi vaxtdan istifadə etməlidirlər.
Rumıniya Prezidenti Nikuşor Dan Avropa ölkələrini məlumat mübadiləsini və hibrid təhdidlərə, o cümlədən təxribatlara, kiberhücumlara və digər müdaxilə formalarına qarşı birgə cavab tədbirlərini gücləndirməyə çağırıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü olub
İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü keçirilir
Meşələrdə yanğın təhlükəsizliyinə dair tədbirlər keçirilib
Ceyhun Bayramov və Kaya Kallasın geniştərkibli görüşü olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Naxçıvanda 8 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 31 minə yaxın şəxs qəbul edilib
-
Fransa insan hüquqlarının müdafiəsi sahəsindəki tənqidə görə ABŞ-dən üzr istəyib
-
Böyük Britaniya və Aİ sammiti yenidən təxirə salınıb
-
CENTCOM rəhbəri: Biz yaxşı silahlanmışıq və istənilən vəziyyətə hazırıq
-
Fars körfəzi ölkələrinin XİN başçılarının Oman görüşü təxirə salınıb
-
Tramp Ağ Evin mətbuat katibi işini Rubio və Bessentə tapşırıb













