Mbappe Çempionlar Liqasının ən yaxşı bombardirlərinin ilk beşliyinə daxil olub
Far.Az xəbər saytı

Mbappe Çempionlar Liqasının ən yaxşı bombardirlərinin ilk beşliyinə daxil olub


Madridin "Real" klubunun hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqası tarixinin ən yaxşı bombardirlərinin ilk beşliyinə daxil olub.

"Report" xəbər verir ki, Çempionlar Liqasının ümumi mərhələsinin birinci turu çərçivəsində Milan "İnter"inə qarşı keçirilən matçda Mbappe 14-cü dəqiqədə hesabı açıb.

Hücumçu üçün bu qol turnir tarixində 71-ci olub. Mbappe ispan futbolçu Raula çatıb.

Çempionlar Liqası tarixinin ən yaxşı bombardiri portuqaliyalı Kriştiano Ronaldudur, onun hesabında 140 qol var. İkinci yerdə argentinalı Lionel Messi (129), üçüncü - polyak Robert Levandovski (109), dördüncü isə fransız Kərim Benzemadır (90).

2026-cı il dünya çempionatında Mbappe turnirin ən yaxşı bombardiri olub. Fransa yığmasının səkkiz matçında onun hesabında on qol və dörd məhsuldar ötürmə var. O, həmçinin milli komandanın ən yaxşı bombardiridir - Fransa yığmasının heyətində 66 qol. O, 2018-ci ildə dünya çempionu olub.

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Konfrans Liqası: "Neftçi" öndə olduğu matçda "Dinamo"ya uduzub - YENİLƏNİB-9
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda dördüncü qol vurulub - YENİLƏNİB-6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər