Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi
Qusarda qaynını balta ilə öldürməkdə, həyat yoldaşını isə öldürməyə cəhddə təqsirləndirilən 68 yaşlı Vəkil Əlibəyovun Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə iştirak edən təqsirləndirilən şəxs cəzasının azaldılmasını xahiş edib. O bildirib ki, əvvəllər məhkumluğu olmayıb, hazırda 68 yaşındadır və səhhətində problemlər var. V.Əlibəyov bu halları nəzərə alaraq cəzasının qismən yüngülləşdirilməsini istəyib.
Məhkəmə araşdırmasından sonra qərar verilib. Məhkəmənin qərarı ilə V.Əlibəyovun şikayəti rədd edilib, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Xatırladaq ki, V.Əlibəyov məhkəmənin hökmü ilə 18 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə ötən il avqustun 10-da saat 4 radələrində rayonun Yuxarı Tahircal kəndində baş verib.
Rayonun Gican kənd sakini, 1958-ci il təvəllüdlü Vəkil Əlibəyov hadisədən bir il əvvəl 1977-ci il təvəllüdlü Şəlalə Ömərova ilə tanış olub və onunla sevgi münasibətləri yaşayıb. Bir müddətdən sonra V.Əlibəyov Ş.Ömərovanı qaçırıb və Gican kəndində birgə yaşayıb. Təxminən bir aydan sonra isə Ş.Ömərova Yuxarı Tahircal kəndinə qayıdıb və qardaşının evində məskunlaşıb. V.Əlibəyov isə mütəmadi olaraq Yuxarı Tahircal kəndinə gələrək, Ş.Ömərova ilə yaşayırmış. O, kənd ərazisindəki fermer təsərrüfatlarında çoban işləyirmiş.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs V.Əlibəyov bildirib ki, hadisədən bir gün əvvəl qeyri-rəsmi yaşadığı Şəlalə və onun qardaşı Şirin onu döyüb, təhqir ediblər. O da gecə saatlarında hər iki şəxsi qətlə yetirmək qərarına gəlib. Bu məqsədlə o, saat 4 radələrində həyətdə baltanı götürərək evə daxil olub, əvvəlcə Şirini, sonra isə Şəlaləni baltalayıb. Hadisə nəticəsində Şirin aldığı xəsarətlərdən ölüb, Şəlalə isə xəstəxanaya çatdırılıb.
Hadisədən sonra Vəkil Əlibəyov kənd ərazisində saxlanılıb, istintaqa təhvil verilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
"Dünyanın ən gözəl qızı" Tilan Blonde hazırda 24 yaşındadır
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Qusarda "Media Kuboku-2026" minifutbol turnirinin qalibi müəyyənləşdi
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"AzerGold" Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
-
Ağcabədidə Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Xocavəndə köçən ailələrə mənzillərin açarları təqdim edilib - YENİLƏNİB-2
-
Lənkəranda bərabərlik və ayrı-seçkiliyə qarşı mübarizə mövzusunda üçgünlük təlim təşkil olunub
-
Lənkəranda dəmiryolu relslərini oğurlamaqda şübhəli bilinən 3 nəfər saxlanılıb













