Kubanıçbek Omuralıyev: "Türk dövlətlərinin iqtisadi inteqrasiyası 66 əsas mexanizmi əhatə edir"
Türk dövlətlərinin iqtisadi inteqrasiyası 66 əsas mexanizmi əhatə edir.
"Report" xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Omuralıyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında bildirib.
Onun sözlərinə görə, Türk dövlətləri üçün iqtisadi inteqrasiyanın məqsədi aydındır: "Ortaq coğrafiyamızı, mədəniyyətimizi, tariximizi və insan kapitalımızı, eləcə də iqtisadi potensialımızı rəqabət üstünlüyünün real amillərinə çevirməliyik. Sərmayələr və əməliyyat sistemləri, institusional əməkdaşlıq xarici siyasət və ticarətdən tutmuş energetika, "yaşıl iqtisadiyyat", turizm, rəqəmsallaşma və hətta kosmik tədqiqatlara qədər müxtəlif sahələrdə 66 əsas mexanizmi əhatə edir. Naxçıvan Sazişinin imzalanmasından 15 il keçdikdən sonra təşkilat ümumi dəyərlərə əsaslanan çərçivədən praqmatik regional əməkdaşlığın təşviqi üçün fəal platformaya qədər inkişaf edib".
Baş katib əlavə edib ki, türk dünyasının iqtisadi potensialı böyükdür: "Son hesabatlara əsasən, müasir türk dövlətlərinin, yəni üzv və müşahidəçi dövlətlərin ümumi daxili məhsulunun illik dəyəri 2,4 trilyon ABŞ dolları, ümumi ticarət dövriyyəsi 1,27 trilyon ABŞ dolları, ümumi əhalisi isə 180 milyon nəfər təşkil edir. Bu rəqəmlər ümumi iqtisadi potensialımızın miqyasını nümayiş etdirir. Onlar həmçinin bu potensialı ortaq rifaha çevirmək məsuliyyətimizi bizə xatırladır. Türk dövlətləri həmçinin kollektiv şəkildə energetika və kənd təsərrüfatı sahələrində dünya liderləri sırasındadır. Məsələn, 19,9 trilyon kubmetr sübut olunmuş təbii qaz ehtiyatı, 38,2 milyard barel neft ehtiyatı və 42 milyard ton kömür ehtiyatı ilə regionumuz qlobal enerji təhlükəsizliyinin mühüm təməlidir".
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"AzerGold" Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
-
Xocavəndə köçən ailələrə mənzillərin açarları təqdim edilib - YENİLƏNİB-2
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Ağcabədidə Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
-
"Naxçıvan" basketbol klubu Səid İsmayılovu transfer edib
-
Sumqayıtda iki avtomobil toqquşub, ölən var













