Vüsal Qasımlı: "TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,1 trilyon dollara çatıb"
Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrin ümumi ticarət dövriyyəsii 1,1 trilyon ABŞ dolları təşkil edir.
"Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı TDT-nin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında deyib.
V. Qasımlının sözlərinə görə, təşkilatın ümumi ərazisi 4,8 milyon kvadratkilometrdir ki, bu da Avropa İttifaqının ərazisindən böyükdür: "Birləşmiş ÜDM 2,1 trilyon ABŞ dollarından çoxdur və qlobal ÜDM-in 2 %-inə bərabərdir. TDT ölkələrinin əhalisi 178,8 milyon nəfərdir ki, bu da dünya əhalisinin 2,8 %-ini təşkil edir".
İİTKM rəhbəri vurğulayıb ki, ticarətə təsir edən əsas hərəkətverici amillər üzrə qiymətləndirmələr aparılıb: "Məsələn, ÜDM-dəki 1 %-lik artım idxalçı ölkənin ticarətinə 0,42 %, ixracatçı ölkənin ticarətinə isə 0,46 % müsbət təsir göstərir. Təhlillər əhalinin sayı ilə ticarət arasında müsbət korrelyasiya olduğunu göstərir. Mənfi təsir isə məsafədən qaynaqlanır. Bununla yanaşı, ümumi sərhədlər Türk dünyası daxilində ticarətə müsbət təsir edir - ümumi sərhədləri bölüşən ölkələrin ticarət göstəriciləri digərləri ilə müqayisədə 1,55 % daha yüksəkdir".
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"AzerGold" Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
-
Xocavəndə köçən ailələrə mənzillərin açarları təqdim edilib - YENİLƏNİB-2
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Ağcabədidə Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
-
"Naxçıvan" basketbol klubu Səid İsmayılovu transfer edib
-
Sumqayıtda iki avtomobil toqquşub, ölən var













