Naxçıvanda qəzaya düşən deputatın son vəziyyəti açıqlandı
Naxçıvan-Ordubad magistral yolunun Ordubad rayonunun Aşağı Əylis kəndi yaxınlığında baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyəti məlum olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, qəza nəticəsində xəsarət alan 1994-cü il təvəllüdlü Əmrah İmamverdi oğlu Məmmədov reanimasiya şöbəsinə yerləşdirilib.
1990-cı il təvəllüdlü, Naxçıvan MR Ali Məclisinin deputatı Təbriz Eyvaz oğlu Zeynalovun müalicəsi isə nevrocərrahiyyə şöbəsində davam etdirilir.
Bildirilib ki, hər iki şəxsin vəziyyəti stabil orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
*** 10:20
Naxçıvanda baş verən yol qəzasında deputatın da içində olduğu maşın aşıb, bir nəfər ölüb.
BAKU.WS Unikal.az-a istinadla xəbər verir ki, avtomobilin aşması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən 1990-cı il təvəllüdlü Təbriz Eyvaz oğlu Zeynalovdur. Təbriz Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 14 saylı Qarabağlar seçki dairəsinin deputatıdır.
O, 1990-cı ildə Kəngərli (keçmiş Şərur) rayonunun Qarabağlar kəndində anadan olub. Heydər Əliyev adına Hərbi Liseydə və Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edib, 2020-ci il 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsinin iştirakçısı olub, xəstəliyi ilə əlaqədar ordu sıralarından mayor rütbəsi ilə ehtiyata buraxılmış qazidir. 2022-ci ildən dövlət qulluğu sahəsində çalışıb. Xidməti dövründə Silahlı Qüvvələrin yaranmasının "95 illik" və "100 illik" medalları, "Qüsursuz xidmətlərə görə III dərəcəli" medal, "Vətən müharibəsi iştirakçısı" medalı, "İgidliyinə görə" medalı, "Xocavəndin azad olunmasına" və "Şuşanın azad olunmasına görə" medalları, "Azərbaycan Bayrağı" Ordeni ilə təltif edilib. Ali Məclisin Hüquq siyasəti komitəsinin üzvüdür.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
Nazir bu müəllimləri təltif edildi - ADLAR
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub













