Saturnun cənub qütbündə nəhəng 10 tərəfli atmosfer dalğası aşkarlanıb
NASA-nın "Hubble" kosmik teleskopu Saturnun cənub qütbü ətrafında inkişaf edən 10 tərəfli nəhəng atmosfer quruluşu aşkarlayıb.
Far.Az xəbər verir ki, "Science Advances" jurnalında dərc olunan araşdırmaya görə, "dekagon" adlandırılan bu quruluş planetin müxtəlif atmosfer qatları boyunca uzanır və son illərdə güclənərək formalaşıb.
Saturnun şimal qütbündə onilliklərdir mövcud olduğu bilinən məşhur altıbucaqlı quruluşa bənzəsə də, cənub qütbündə aşkarlanan strukturun 10 tərəfli olması və sonradan yaranmağa başlaması alimlərin diqqətini çəkib.
Tədqiqatçılar bildiriblər ki, 2023-cü ildən "Hubble" məlumatlarında izləri görünən bu quruluş sayəsində ilk dəfə nəhəng planetar atmosfer modelinin sıfırdan inkişafını izləmək mümkün olub.
İlk əlamətlər 2024-cü ildə həvəskar astronomlar Trevor Barri və Jan-Pol Oje, eləcə də araşdırmanın baş müəllifi Aqustin Sançes-Laveqa tərəfindən yerüstü görüntülərdə aşkar edilib.
Alimlər "Hubble" və "James Webb" kosmik teleskoplarının köməyi ilə müşahidələri davam etdirərək 10 tərəfli dalğanın şimal qütbündəki altıbucaqlı struktur kimi uzunmüddətli formaya çevrilib-çevrilməyəcəyini araşdıracaqlar.
Oxşar xəbərlər
Həvəskar velosipedçilər arasında Federasiya Kubokunun qalibləri müəyyənləşib
DSX ötən ay 6,5 milyon manatlıq qaçaqmal aşkarlayıb
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Tramp: İrana silah tədarükünü bloklamaq üçün "Iron Gate" İşçi Qrupu yaradılıb













