"Azərkimya"nın məhsulları bu ölkələrə ixrac olunur
Far.Az xəbər saytı

"Azərkimya"nın məhsulları bu ölkələrə ixrac olunur


SOCAR-ın "Azərkimya" İstehsalat Birliyində əsas məhsullar etilen və propilendir.

Far.Az xəbər verir ki, bunu "Azərkimya" İstehsalat Birliyinin proses üzrə direktor əvəzi Samir Səlimli bildirib.

Onun sözlərinə görə, müəssisədə ildə 190 min ton etilen, 187 min ton isə propilen istehsal olunur.

"Azərkimya"da əsas məhsullarla yanaşı, hidrogen, butilen-butadien fraksiyası, maye piroliz qatranı və ağır qatran kimi yan məhsullar da əldə edilir.

Samir Səliyev qeyd edib ki, aşağı sıxlıqlı polietilen istehsalında məhsul 1800–2500 bar təzyiq altında istehsal olunur. Daxili tələbat ödənildikdən sonra məhsul Türkiyə və Avropa ölkələri də daxil olmaqla xarici bazarlara ixrac edilir.

O bildirib ki, "Azərkimya"nın ixrac coğrafiyasına Türkiyə, Çin, Avropa ölkələri və Estoniya daxildir.

Samir Səliyev hidrogenin müəssisədə və "SOCAR Polymer"də istifadə edildiyini də açıqlayıb. Onun sözlərinə görə, "Azərkimya"da hidrogen selektiv hidrogenləşmə reaktorlarında tətbiq olunur və etilenlə propilenin tərkibindəki asetilenli birləşmələrin hidrogenləşdirilməsində istifadə edilir.

Oxşar xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
"Azərkimya"da yeni modernizasiya mərhələsinə başlanılır
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan məktəblərində 263 müəssisədə sanitar pozuntu aşkarlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər