"Azərkimya"da yeni modernizasiya mərhələsinə başlanılır
Far.Az xəbər saytı

"Azərkimya"da yeni modernizasiya mərhələsinə başlanılır


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərkimya" İstehsalat Birliyində yeni modernizasiya mərhələsinə başlanılır.

"Report" xəbər verir ki, bunu İstehsalat Birliyində proses üzrə direktoru Samir Səlimli jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, "Azərkimya"da aşağı sıxlıqlı, yüksək təzyiqli polietilen istehsalatı və buxar-elektrik enerji istehsalatı sahəsi mövcuddur: "Etilen üzrə əsas məhsullarımızdan biri olan etilen üzrə əsas məqsədli məhsullarımız etilen və propilendir. Bundan əlavə yan məhsullar istehsal olunur. Buna misal olaraq hidrogen, butilen-butadien fraksiyası, maye piroliz qətranı və ağır qətran misal çəkilə bilər".

O qeyd edib ki, hazırda istehsal gücü "SOCAR Polymer" və "Azərkimya" daxili tələbatı nəzərə alınmaqla 2016-2021-ci illərdəki layihədə tam şəkildə artırılıb: "Burada etilen üzrə məhsuldarlığımız 40 %, propilen üzrə isə 70 % artırılıb. Beş ildir qurğu bu formada, bu məhsuldarlıqla davam etdirilir. İndi aktiv fazada davam edən bizim modernizasiya və rekonstruksiya layihəmiz var. Bununla avtomatika və idarəetmə sistemlərinin yenilənməsini əhatə edir. Mühəndislik fazası 95 % tamamlanıb. Növbəti ildən etibarən sahə işlərinə start veriləcək. Hazırda məhsuldarlıq artırılması ilə bağlı hər hansı bir layihəmiz yoxdur".

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər