Qırğızıstan rəsmisi: "Azərbaycanla nəqliyyat əlaqələrinin inkişafı əsas prioritetlərimizdən biridir"
Qırğızıstan Azərbaycanla nəqliyyat əlaqələrinin inkişafını əsas prioritetlərdən biri sayır.
"Report" xəbər verir ki, bunu Qırğızıstan Prezidenti yanında Strateji Təşəbbüslər Milli İnstitutunun direktor müavini Timur Abılayev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında bildirib.
"Bu, Qırğızıstan üçün xüsusilə vacibdir, çünki dənizə çıxışı olmayan ölkə kimi ticarətimiz və inkişafımız böyük ölçüdə nəqliyyat xərclərindən, sərhədkeçmə prosedurlarının sürətindən və beynəlxalq nəqliyyat dəhlizlərinə çıxışdan asılıdır. Məhz buna görə nəqliyyat əlaqələri Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əsas iqtisadi maraqlarımızdan biri olaraq qalır. Bu gün Mərkəzi Asiyada avtomobil nəqliyyatı əlaqələri sürətlə inkişaf edir və xarici bazarlara çıxmaq üçün Azərbaycanla fəal iş aparılır. Bu da TDT ərazisinin Asiya və Avropa arasında nəqliyyat və iqtisadi körpü kimi əhəmiyyətini artırır. Qırğızıstan artıq sərhəd-keçid məntəqələrində bir sıra rəqəmsal həllərdən istifadə edir. Bunlara elektron növbə sistemi, ağıllı video nəzarət, yük nəqliyyatının rəqəmsal nəzarəti və sərhədkeçmə vaxtını azaltmağa, insan faktorunu aradan qaldırmağa yönəlmiş digər mexanizmlər daxildir", - deyə o qeyd edib.
Qırğızıstan rəsmisi həmçinin deyib ki, Avrasiya İqtisadi İttifaqının təcrübəsi müzakirə üçün faydalı olar: "2026-cı ilin fevral ayından etibarən İttifaq üzv dövlətlərdən birinin və yaxud bir neçəsinin ərazisindən keçən yükün mənzil başına çatmasına nəzarət etmək üçün naviqasiya plombu və rəqəmsal izləmə texnologiyasından istifadə edir. Bu, şirkətlər və kiçik bizneslər üçün, xüsusilə bu ölkələr arasında sərhədləri keçərkən, çox əlverişlidir. İyul ayından etibarən bu sistemlərin istifadəsi, o cümlədən avtomobil tranziti də daxil olmaqla genişləndirilib.
TDT üçün buradakı əsas dərs prinsipial yanaşmanın özüdür: milli sistemlər uzlaşan olmalı, ölkələr məlumat mübadiləsi aparmalı və yük prosedurları kağız daşıyıcılardan tədricən rəqəmsal formaya keçməlidir. Bu, bütün ölkələrin yalnız vahid platformadan istifadə etməli olduğu demək deyil. Daha real hədəf mövcud milli sistemləri zəruri məlumatları mübadilə edə biləcək vəziyyətə gətirməkdir".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda iki avtomobil toqquşub, ölən var
-
Göygöldə "Chevrolet" aşdı - Yaralılar var
-
Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var
-
Göygöldə "Chevrolet" aşdı - Yaralıların vəziyyəti açıqlandı
-
Azərbaycanın etibarlı mövqeyi İlham Əliyevin uğurlu çoxvektorlu siyasətinin nəticəsidir - RƏY
-
"Araz-Naxçıvan" - "Turan Tovuz" matçında hakim səhvi: AFFA rəsmisi təsdiqlədi













