Hikmət Hacıyev: Azərbaycan və BƏƏ həmfikir, strateji tərəfdaşdır
Far.Az xəbər saytı

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ həmfikir, strateji tərəfdaşdır


Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) səylərini birləşdirərək regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə töhfə verən həmfikir ölkələr və strateji tərəfdaşdır.

Far.Az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Dubayda Ərəb Media Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan özünün çoxşaxəli geosiyasi kimliyini inkişaf etdirməkdə davam edir.

"Kimliklərimizdən biri Cənubi Qafqaz, digəri isə Yaxın Şərqlə bağlıdır, çünki Azərbaycan daha geniş islam sivilizasiyasının bir hissəsidir. Biz daha geniş Yaxın Şərq regionunda BƏƏ ilə Azərbaycan arasında ola bilsin müəyyən coğrafi məsafənin mövcud olduğunu görürük", - o qeyd edib.

Bununla yanaşı, H.Hacıyev vurğulayıb ki, Azərbaycan və BƏƏ həmfikir ölkələr və strateji tərəfdaşdır:

"Biz bir səslə çıxış edirik və hesab edirik ki, ölkələrimiz birgə səylərini birləşdirərək regionumuzda sülh və təhlükəsizliyin təmin olunmasına töhfə verir".

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər