100 il ərzində su altında qala biləcək şəhərlər açıqlanıb – Türkiyədən 2 şəhər ilk 10-luqda
Alimlərin apardığı araşdırmada qlobal istiləşmə və dəniz səviyyəsinin yüksəlməsi səbəbilə qarşıdakı 100 il ərzində su altında qalma riski ilə üzləşə biləcək 37 şəhər müəyyənləşdirilib.
Far.Az xəbər verir ki, Swiftest şirkətinin məlumatlarına əsaslanan araşdırmada Tokio, Mumbay və Nyu-York kimi iri şəhərlərlə yanaşı, Türkiyənin İstanbul və İzmir şəhərləri də yüksək riskli yaşayış məntəqələri sırasında göstərilib.
Hesabata görə, İstanbul siyahıda 5-ci, İzmir isə 6-cı yerdə qərarlaşıb. Araşdırmanın müəlliflərindən Metyu H. Neşin sözlərinə görə, dəniz səviyyəsinin yüksəlməsi və qəfil daşqınlar qarşıdakı əsrdə bir sıra sahil şəhərlərini yaşayış üçün əlverişsiz vəziyyətə sala bilər.
Məlumata əsasən, bəzi şəhərlər sahilboyu mühafizə tədbirlərini gücləndirsə də, bir çoxunda daşqın və su basmasının qarşısının alınması ilə bağlı tədbirlərin yetərli olmadığı qeyd edilir.
Risk siyahısında Tokio, Mumbay, Nyu-York, Osaka, İstanbul, İzmir, Kolkata, Banqkok, Cakarta və London ilk 10-luqda yer alıb.
Ümumilikdə siyahıya ABŞ, Yaponiya, Hindistan, Türkiyə, Tailand, İndoneziya, Böyük Britaniya, Banqladeş, Vyetnam, Avstraliya, Misir, Portuqaliya, BƏƏ, Kanada, Danimarka, İrlandiya, Niderland, İtaliya və digər ölkələrin şəhərləri daxil edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan bayrağı Nyu-York səmasına qaldırılıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə "Chevrolet" aşdı - Yaralılar var
-
Sumqayıtda iki avtomobil toqquşub, ölən var
-
Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var
-
Göygöldə "Chevrolet" aşdı - Yaralıların vəziyyəti açıqlandı
-
"Araz-Naxçıvan" - "Turan Tovuz" matçında hakim səhvi: AFFA rəsmisi təsdiqlədi
-
Azərbaycanın etibarlı mövqeyi İlham Əliyevin uğurlu çoxvektorlu siyasətinin nəticəsidir - RƏY













