“Araz-Naxçıvan” tarixinin rekordunu təkrarlayıb
Far.Az xəbər saytı

“Araz-Naxçıvan” tarixinin rekordunu təkrarlayıb


“Araz-Naxçıvan” bir mövsüm ərzində qazanılan qələbə sayında tarixinin rekordunu təkrarlayıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda cari çempionatda 9-cu dəfə qalib gəlib.

Naxçıvan təmsilçisi Misli Premyer Liqasının XIII turunda “Sumqayıt”ı bir qolla məğlub edib.

“Araz-Naxçıvan” bunadək mövsüm ərzində ən çox qələbəni ötən çempionat əldə edib. Komanda 2023/24 mövsümünün 36 görüşündə 9 dəfə üç xala sevinib. Bu dəfə Baxşıyevin yetirmələri eyni sayda qələbəni 13 matçda qazanıb. Növbəti qələbə yeni rekordla əlamətdar olacaq.

Qeyd edək ki, Naxçıvan klubu mübarizəni erkən dayandırdığı çempionatı nəzərə almasaq, yüksək dəstədə 4-cü mövsümünü keçirir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Premyer Liqasında I dövrənin təəccübləndirən mənzərəsi – TƏHLİL
Qara Qarayev: "Neftçi"dən ayrılarkən Qriqorçuk məni qucaqlamaq istədi" - MÜSAHİBƏ
"Səbail" Premyer Liqada rekordunu təkrarlayıb
Premyer Liqanın XIII turunda daha bir oyun keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər