Yaxın 4 ildə ARDNF-dən büdcəyə transfert 9 milyard manata endiriləcək
Far.Az xəbər saytı

Yaxın 4 ildə ARDNF-dən büdcəyə transfert 9 milyard manata endiriləcək


Azərbaycan hökuməti 2030-cu ilə qədər dövlət büdcəsinin gəlirlərinin 40 milyard 577 milyon manata çatacağını proqnozlaşdırır.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, yaxın 4 ildə büdcənin neft-qaz gəlirləri 12 milyard 240 milyon manata, o cümlədən Dövlət Neft Fondundan (ARDNF) transfert 9 milyard 350 milyon manata endiriləcək, qeyri-neft-qaz gəlirləri isə 28 milyard 337 milyon manata çatdırılacaq.

2030-cu ilə qədər büdcə xərclərinin isə 44 milyard 236,5 milyon manata yüksələcəyi, o cümlədən cari xərclərin 27 milyard 736,5 milyon manat, əsaslı xərclərin 13 milyard 500 milyon manat, dövlət borcu və öhdəliklərinə xidmət xərclərinin isə 3 milyard manat olacağı gözlənilir.

Beləliklə, 4 ildən sonra büdcə kəsiri 3 milyard 659,5 milyon manat təşkil etməlidir.

Oxşar xəbərlər

Alla Puqaçova ilə 11 il yaşadığı evi 240 milyona satır
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Milli Məclis 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər