Azərbaycan Hindistana neft ixracından qazancını 500 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Hindistana 524 min 338 ton xam neft ixrac edib.
Far.Az report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, bu miqdarda məhsulun dəyəri 399 milyon 207 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun həcmi 2025-ci ilin 8 ayı ilə müqayisədə 300 dəfə, dəyəri isə 510 dəfə çoxdur.
Hindistana ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 3,6 % olub.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 9 milyard 281 milyon 893,55 min ABŞ dolları olan 14 milyon 677 min 951,6 ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 33 milyard 238 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 21 milyard 815 milyon ABŞ dolları ixracın, 11 milyard 423 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Oxşar xəbərlər
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Dövlət Gömrük Komitəsi media nümayəndələri üçün mediatur təşkil edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xankəndi və Füzulidəki incəsənət məktəbləri Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Kamran Əliyev Şamaxıda vətəndaşları qəbul edib
-
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
BƏƏ-dən Azərbaycana pul köçürmələri 25 %-dən çox artıb
-
Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar
-
Rusiyadan ABŞ-yə sərt reaksiya: "Kosmosda silahlanma qlobal təhlükəsizlik üçün riskdir"













