Hikmət Hacıyevdən sülh prosesi ilə bağlı mühüm bəyanat
Far.Az xəbər saytı

Hikmət Hacıyevdən sülh prosesi ilə bağlı mühüm bəyanat


"Qarabağ və Şərqi Zəngəzur bölgələrinin işğalı dövründə məscidlərimiz, eləcə də islam mədəniyyət abidələrimiz Ermənistan tərəfindən bütövlükdə dağıntılara məruz qalıb - hətta məscidlərin içinə donuzlar salınıb".

Far.Az xəbər verir ki, bunu bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında yazıb. O bildirib ki, Azərbaycan bu yaşananlara qisas aktı kimi yanaşmır, lakin bu, bizim tariximiz və milli irsimizdir, olanları unuda bilmərik:

"Mənim ölkəm zərdüştlüyün meydana gəldiyi ilk mərkəzlərdən biridir. Bura həmçinin IV əsrdən başlayaraq xristianlığın yayıldığı ilk məkanlardan biridir: xristianlıq Qafqaz Albaniyası çarlığı tərəfindən rəsmi din kimi qəbul edilib, bununla yanaşı, Azərbaycan islam dinini ilk mənimsəyən ölkələr sırasında olub".

Hikmət Hacıyev qeyd edib ki, müasir dövrdə üç din - islam, xristianlıq və iudaizm məscid, kilsə və sinaqoqlarla yanaşı Azərbaycanda qarşılıqlı hörmət şəraitində birgə mövcuddur:

"Artıq biz müharibədən zəfərlə ayrılmışıq, lakin çətin mübarizə olan sülh prosesində də qələbə qazanırıq.

Ermənistan hökuməti və siyasi rəhbərliyi öz xalqını sülhə hazırlamaq istiqamətində iş aparmalıdır. Avropa Parlamenti isə qəbul etdiyi qətnamə və qərarlarla bölgəmizdəki sülh gündəliyini sarsıdır".

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər