Nigar Fərhad barədə qərar verildi - Şikayətçilər artır
Aparıcı Nigar Fərhadın təsisçisi olduğu "AID Group" xaricdə təhsil şirkəti ilə bağlı şikayətlərin sayı artır.
Far.Az xəbər verir ki, "Qafqazinfo"ya müraciət edən paytaxt sakini Rüfət Mikayılov da şirkətdən şikayətçi olan şəxslərdən biridir.
Rüfət iki il əvvəl ABŞ-də təhsil almaq üçün "AID Group"a müraciət edib. Şirkətdə ona müqavilə təqdim olunub, şərtlərlə razılaşdıqdan sonra o, iki min dollar ödəniş edib.
Şikayətçinin sözlərinə görə, sonradan ona təqdim edilən müqavilədə ilkin göstərilən sənəddən fərqli şərtlərin yer aldığını görüb. Belə ki, yeni müqavilədə viza üçün əlavə 850 manat ödənilməli olduğu və başqa bir neçə əlavə qeyd edilib.
Rüfət ona ofisdə təqdim olunan yeni müqavilə ilə tanış olduqdan sonra "AID Group"la ilkin razılaşmadan imtina edib:
"Əvvəl danışdıqlarımızdan fərqli şərtlərlə tanış olan kimi müraciətimə xitam verilməsini tələb etdim. Şirkətin yaratdığı "WhatsApp" qrupunda da bu barədə məlumat verdim. Qayda belədir ki, müqavilədən bir həftə ərzində imtina edildikdə ödənilən məbləğin yarısı geri qaytarılmalıdır. Amma bu vaxta qədər verdiyim iki min dollardan bir manat belə qaytarılmayıb. Sonuncu dəfə polisdə şikayət ərizəsi yazdım, prokurorluqdan mənə zəng ediləcəyini dedilər. Hələlik heç bir xəbər yoxdur".
Rüfətin dediyinə görə, "AID Group"un ofisinə daxil olarkən girişdə telefonu əlindən alınıb. Bu qayda kiminsə səsini yazmağın qarşısını almaq məqsədilə bütün müştərilərə tətbiq olunub.
"AID Group"la bağlı hazırda Baş Prokurorluğun İstintaq İdarəsində hərtərəfli istintaq hərəkətləri aparılır. Bir neçə zərərçəkmişə dəymiş ziyanın ödənildiyi deyilir.
Xatırladaq ki, Nigar Fərhad artıq cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb, barəsində "başqa yerə getməmək haqqında" iltizam qətimkan tədbiri seçilib.
Bu ittihamlar gələcəkdə məhkəmə istintaqı ilə təsdiqini tapsa, N.Fərhadı beş ildən on ilə qədər həbs cəzası gözləyir.
Qeyd edək ki, iki ay əvvəl "AID Group" fəaliyyətini dayandırıb. Şirkətin faktiki rəhbəri Samir Yəhyazadə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Samir Nigar Fərhadın həyat yoldaşıdır.
Oxşar xəbərlər
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib
-
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
-
Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub
-
Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub













