Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir"
Azərbaycanda turizm artıq formalaşma mərhələsindən daha yetkin inkişaf mərhələsinə qədəm qoyub.
"Report" Dövlət Turizm Agentliyinə (DTA) istinadən xəbər verir ki, bunu Agentliyin sədri Fuad Nağıyev Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) təşəbbüsü ilə yay mövsümünün başa çatması və qış mövsümünə hazırlıqla bağlı Assosiasiya üzvləri və turizm sənayesi nümayəndələri üçün təşkil etdiyi görüşdə bildirib.
"Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın əhəmiyyətinə toxunan DTA sədri sənədi Azərbaycan turizminin inkişafında mühüm mərhələ kimi qiymətləndirərək onun dövlət və özəl sektor qarşısında yeni hədəflər müəyyənləşdirdiyini və turizm sənayesinin daha sistemli inkişafı üçün geniş imkanlar yaratdığını qeyd edib.
O, bu imkanların real turizm məhsullarına çevrilməsi üçün sahibkarların təşəbbüsü, investisiyası və innovativ yanaşmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. F.Nağıyev dövlətin yaratdığı strateji çərçivənin turizm sənayesinin fəallığı ilə tamamlanmasının Azərbaycan turizminin qarşıdakı mərhələdə daha güclü və rəqabətqabiliyyətli inkişafına imkan verəcəyini qeyd edib.
ATAA-nın İdarə Heyəti sədri Göydəniz Qəhrəmanov isə son bir ildə xaricdə yeni tərəfdaşlıqların qurulması məqsədilə ATAA üzvlərinin 40-a yaxın B2B görüşlərdə, tanışlıq səfərlərində, infoturlarda, sərgilər və təqdimatlarda iştirakının təmin olunduğunu qeyd edib. ATAA-nın fəaliyyətinin genişləndirildiyini də diqqətə çatdıran Assosiasiya sədri Gəlmə və Getmə Turizm Komitələrinin fəaliyyətinin genişləndirildiyini, əlavə olaraq Daxili Turizm Komitəsinin, Turoperatorların İşçi Qrupunun, Təşəbbüs Qrupunun və Turistlərin Maarifləndirilməsi Şöbəsinin fəaliyyətə başladığını, bu strukturlar vasitəsilə üzv şirkətlərin qarşılaşdığı məsələlərin müəyyənləşdirilməsi və həlli istiqamətində aktiv işlərin aparıldığını qeyd edib.
Tədbirdə "Azərbaycan Hava Yolları" QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev, gəlmə, getmə, logistika, daxili turizm və bir sıra digər mühüm istiqamətlər üzrə fəaliyyət göstərən 300-ə yaxın ATAA nümayəndəsi, o cümlədən hotel sənayesinin və beynəlxalq hava yollarının Azərbaycandakı nümayəndələri də iştirak ediblər.
Oxşar xəbərlər
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Səlahiyyətli nümayəndə: Naxçıvanda sahibkarlığın inkişafında keyfiyyətcə yeni mərhələ başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub
-
Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub
-
Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub
-
Şəmkirdə 2013-cü ildə törədilmiş qətl hadisəsi ilə bağlı şübhəli şəxs saxlanılıb













