10 ildir Qaraçuxur sakinlərinin gününü qara edən problem niyə həll edilmir?
Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsində yerləşən beşmərtəbəli binanın zirzəmisinə kanalizasiya suları dolur.
Far.Az xəbər verir ki, Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, problem artıq 10 ildən çoxdur davam edir. Bildirilir ki, kanalizasiya suları yanaşı bloklardan axaraq binanın zirzəmisində toplanır və ərazidə kəskin üfunət yaradır.
Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etdiklərini deyirlər. Onların sözlərinə görə, ərazi üzrə mənzil-kommunal istismar idarəsinin əməkdaşları bir neçə dəfə ərazidə təmir işləri aparsalar da, problem birdəfəlik həll olunmayıb.
Sakinlər, həmçinin bildirirlər ki, təmir zamanı qazıntı aparılan ərazilər sonradan asfaltlansa da, zaman keçdikcə həmin hissələrdə çökmə və aşınmalar yaranır. Bu isə piyadaların hərəkətini çətinləşdirir.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" - MÜSAHİBƏ
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda azyaşlının avtobusla vurularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb
-
Füzulidə avtomobil aşıb, ölən və xəsarət alanlar var
-
Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb
-
Göygölə dolu yağıb - FAKTİKİ HAVA
-
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
-
"Bloomberg": ABŞ-nin avtomobil nəhəngləri Trampı Çin avtomobillərinin idxalını qadağan etməyə çağırıb













