Haaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb
Far.Az xəbər saytı

Haaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb


Haaqada ifrat sağçı hərəkatların nümayişi iğtişaşlara və polislə toqquşmalara çevrilib.

"Far.Az" xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı Niderland polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiyaya görə 24 nəfəri saxlayıb.

Qeyd olunub ki, Niderlandın miqrasiya siyasətinə qarşı çıxan nümayişçilər polislərə tərəf fişənglər, tüstü bombaları və çubuqlar atmağa başlayıblar. Hadisə yerinə xüsusi təyinatlı qüvvələr və atlı polis cəlb edilib, onlar iştirakçıları meydandan uzaqlaşdırmaq üçün su şırnaqları və gözyaşardıcı qaz tətbiq ediblər.

Əvvəlcə hakimiyyət orqanları şəhərin mərkəzi ilə yürüşə icazə verib, lakin toqquşmalar başladıqdan sonra Haaqanın bir hissəsində fövqəladə rejim tətbiq edilib və aksiyanın keçirilməsi qadağan olunub.

Saxlanılanlar hüquq-mühafizə orqanlarına tabe olmamaqda və qanunsuz silah gəzdirməkdə şübhəli bilinirlər.

Daha əvvəl Niderlandın Baş naziri Rob Yetten iğtişaşçıları polislə toqquşmalara can atmaqda və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakılıq tətbiq etməkdə günahlandırıb.

Oxşar xəbərlər

Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Azərbaycan Milli Xalça Muzeyində "Zamanın naxışları" moda nümayişi təşkil olunub
Haaqada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər