ABŞ Prezidenti Rusiyaya qarşı sanksiyalar haqqında qanunu imzalayıb - YENİLƏNİB
ABŞ administrasiyasının rəhbəri Donald Tramp Konqres tərəfindən qəbul edilmiş və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb.
"Report" xəbər verir ki, bu barədə Ağ Evin saytında yerləşdirilən bəyanatda bildirilib.
Bəyanatdan məlum olduğu kimi, ABŞ lideri sentyabrın 18-də "Rusiyaya qarşı sanksiyaların, rüsumların və qadağaların tətbiqini və genişləndirilməsini, həmçinin İrana qarşı qüvvədə olan sanksiyaların müddətinin uzadılmasını nəzərdə tutan" layihəni təsdiq edib.
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları nəzərdə tutan, mərhum senator Lindsi Qremin təşəbbüsü ilə hazırlanmış qanunu imzalayacaq.
"Report"un məlumatına görə, bu barədə "The Hill" nəşrinin müxbiri Culiya Mançester sosial şəbəkədə məlumat verib.
"Prezident Trampın bu gün Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini imzalaması gözlənilir",- deyə jurnalist Ağ Evə istinadən yazıb.
ABŞ liderinin iş qrafikində onun şənbə günü Bakı vaxtı ilə saat 00:30-da sənədləri imzalayacağı qeyd olunub, lakin hansı sənədlərin imzalanacağı dəqiqləşdirilməyib.
Qanun layihəsi ABŞ prezidentinə Rusiya rəsmilərinə, banklarına və "kölgə donanmasına" qarşı birbaşa sanksiyalar tətbiq etmək imkanı verir. Bundan əlavə, ABŞ Rusiyanın enerji resurslarının əsas alıcılarına qarşı 100 faizlik gömrük rüsumları tətbiq edə biləcək.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda azyaşlının avtobusla vurularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb
-
Füzulidə avtomobil aşıb, ölən və xəsarət alanlar var
-
Göygölə dolu yağıb - FAKTİKİ HAVA
-
Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb
-
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
-
"WSJ": "Google"un neyroşəbəkəsi sınaq zamanı üç şirkətin sisteminə daxil olub













