İrakli Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünü dinc yolla bərpa etmək milli arzumuzdur
Far.Az xəbər saytı

İrakli Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünü dinc yolla bərpa etmək milli arzumuzdur


Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin ərazi bütövlüyünün dinc yolla bərpasının milli arzu olduğunu bildirib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, İ.Kobaxidze məcburi köçkün ailələrinə mənzillərin verilməsi tədbirində çıxışı zamanı deyib ki, hökumət ərazi bütövlüyünün bərpasını əsas vəzifələrindən biri hesab edir.

"Əsas vəzifəmizi, yəni ərazi bütövlüyümüzün bərpasını bir saniyə belə unutmuruq. Ölkəmizin ərazi bütövlüyünü dinc yolla bərpa etmək bizim milli arzumuzdur. Səbirli, ardıcıl və düzgün praqmatik siyasətlə biz bu məqsədə mütləq nail olacağıq", – deyə Baş nazir bildirib.

Onun sözlərinə görə, məcburi köçkünlərin doğma yerlərinə qayıdaraq layiqli yaşayış şəraitinə malik olması hökumətin əsas qayğılarından biri olaraq qalacaq.

Oxşar xəbərlər

Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər