Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - YENİLƏNİB
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilib.
"Report"un yerli bürosu xəbər verir ki, əməli törətməkdə şübhəli bilinən 61 yaşlı qadın polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi təmin edilib.
Sumqayıtda 67 yaşlı kişi bıçaqlanıb.
"Report"un yerli bürosunun məlumatına görə,hadisə Corat bağları ərazisində qeydə alınıb.
Məlumata görə, 1966-cı il təvəllüdlü Qasımova Ramilə Əvdil qızı həyat yoldaşı, 1959-cu il təvəllüdlü Qasımov Nizaməddin Davud oğluna bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.
Yaralı xəstəxanaya çatdırılıb.
Hadisənin səbəbləri və təfərrüatları araşdırılır.
Oxşar xəbərlər
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
1959-cu ildən bu günə: İT sahəsinin inkişafını əks etdirən sərgi - FOTOREPORTAJ
"Abşeron" sağlamlıq və istirahət mərkəzinin ərazisində abadlıq və yaşıllığın qorunması aksiyası keçirilib
"Nine Senses"də Sağlamlıq Həftəsi çərçivəsində Sağlamlıq Günü keçirildi
Sumqayıtda 67 yaşlı kişi bıçaqlanıb, arvadı şübhəli bilinir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda azyaşlının avtobusla vurularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb
-
"Bloomberg": ABŞ-nin avtomobil nəhəngləri Trampı Çin avtomobillərinin idxalını qadağan etməyə çağırıb
-
Füzulidə avtomobil aşıb, ölən və xəsarət alanlar var
-
"WSJ": "Google"un neyroşəbəkəsi sınaq zamanı üç şirkətin sisteminə daxil olub
-
Kuba yenidən işıqsız qalıb
-
"The Hill": Tramp Rusiyaya qarşı sanksiyalar haqqında qanunu imzalayacaq













