20 Sentyabr yalnız hərbi uğurun deyil, həm də milli birliyin təcəssümüdür - RƏY
20 Sentyabr - Dövlət Suverenliyi Günü Azərbaycanın müasir dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan tarixi gündür.
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.
"Bu tarixi nailiyyətin əldə olunmasında möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyətli mövqeyi və uzaqgörən dövlətçilik siyasəti həlledici rol oynayıb. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan uzun illər ərzində ardıcıl şəkildə öz müdafiə və iqtisadi potensialını gücləndirib, milli maraqlara əsaslanan siyasət həyata keçirib və Vətən müharibəsində tarixi zəfərə nail olub. 2023-cü ilin sentyabrında isə həmin dövlətçilik xətti Azərbaycanın bütün ərazisində suverenliyin tam bərpası ilə nəticələnib".
V. Qafarov qeyd edib ki, sözügedən tarix yalnız hərbi uğurun deyil, həm də güclü dövlət iradəsinin, milli birliyin və ardıcıl dövlət siyasətinin təcəssümüdür.
"Bu gün qarşıda duran əsas vəzifə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi nəticələri möhkəmləndirmək, azad edilmiş ərazilərin bərpasını sürətləndirmək və Böyük Qayıdışı uğurla davam etdirməkdir", - deputat əlavə edib.
Milli Məclisin üzvü vurğulayıb ki, bu tarix şdövlətçilik dəyərlərinin daha dərindən dərk edildiyi gündür:
"Bu tarix bizə göstərir ki, güclü dövlət, milli həmrəylik və qətiyyətli liderlik Azərbaycanın gələcək inkişafının ən mühüm dayaqlarıdır".
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Albaniyada Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi üçün 6 milyon dollar ayrılıb
-
Haaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb
-
Naxçıvanda "Velo Fest" velosiped festivalı keçirilib
-
ABŞ-də senatorlar süni intellektin Çin gəmisi barədə yanlış hesabatının araşdırılmasını tələb ediblər
-
Trampın iqamətgahı üzərində uçan təyyarə ələ keçirilib
-
"Barselona" Rafinyanın het-triki sayəsində "Sevilya"nı məğlub edib













