Niderlandın Baş naziri Haaqadakı iğtişaş iştirakçılarını polisə qarşı zorakılıqda ittiham edib
Niderlandın Baş naziri Rob Yetten Haaqanın mərkəzindəki Maliveld meydanında kütləvi iğtişaş iştirakçılarını polislə qarşıdurmaya cəhddə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakılıq tətbiq etməkdə günahlandırıb.
"Report" xəbər verir ki, bu barədə hökumət başçısı "X" sosial şəbəkəsində yazıb.
"Bu gün Malivelddə iğtişaş iştirakçıları bilərəkdən polislə qarşıdurmaya can atırdılar. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakılıq tətbiq edilib, iyrənc ifrat sağçı və antisemit şüarlar səsləndirilib, nasist salamları nümayiş etdirilib", - Yetten yazıb.
Baş nazir iğtişaşlar zamanı atdıqları addımlara görə polisə və bələdiyyə orqanlarına minnətdarlığını bildirib.
"Biz hüquqi dövlətimizin müdafiəsində qətiyyətlə dayanırıq və nümayiş keçirmək hüququndan sui-istifadə olunmasına imkan verməyəcəyik", - Yetten vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
Nyu-Yorkun "Times" meydanında Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir
İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - YENİLƏNİB
Bakının mərkəzindəki YANĞIN SÖNDÜRÜLDÜ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub













