Nicat Məhərrəmov: "Avropa Liqasında yeganə çətinlik heyətdəki oyunçu sayının azlığıdır"
Azərbaycanı minifutbol üzrə Avropa Liqasında təmsil edəcək "Buxar Sumqayıt"ın yeganə çətinliyi oyunçu sayının azlığı ilə bağlıdır.
Bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Nicat Məhərrəmov deyib.
Mütəxəssis komandanın hazırlığı və viza məsələləri barədə danışıb:
"Bir aydan çoxdur ki, təlim-məşq toplanışı keçirik. Məşqlərimiz əsasən Sumqayıtda təşkil olunub. Sponsorluq məsələsində bəzi çətinliklər yaşandığı üçün heyətə kifayət qədər oyunçu cəlb edə bilmədik. Çünki federasiya müəyyən dəstək göstərir, qalan məbləği komanda olaraq təşkil etməliyik. Üstəlik, bəzi futbolçuların viza almasında problem yarandı. Bu məsələ digər kollektivlərə az təsir etsə də, heyət məhdud olduğu üçün bizə 30-40 faiz zərər vurur. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Minifutbol Federasiyası bu məsələnin həlli üçün dəstək olmağa çalışır. Heyətdəki oyunçuların sayından asılı olmayaraq, yarışda Azərbaycanı layiqincə təmsil etməyə çalışacağıq".
O, komandanın son durumu haqqında məlumat verib:
"Heyətdən 3 futbolçu və 2 təşkilati dəstək verən şəxs viza ala bilməyib. Hazırda sənəd alanlar 7 nəfərdir. Onlardan biri qapıçı, 6-sı isə meydan oyunçusudur. Məsələ həll olunmasa, "Zirə" klubunun Azərbaycanın U-23 millisində çıxış edən və vizaları hazır olan 2 üzvü heyətə qoşulacaq. Beləliklə, idmançı sayını 9-a qaldıra bilərik. Yarışda gün ərzində iki matç keçiriləcəyi üçün qrafik ağırdır. Slavyan ölkələrindən olan rəqiblər də fiziki baxımdan güclüdürlər. Buna baxmayaraq, hazırlığımız yüksək səviyyədədir".
Baş məşqçi rəqiblər və turnirdəki hədəflər barədə də fikirlərini bölüşüb:
"Qrupda Çexiya, Polşa və Bosniya və Herseqovina təmsilçiləri yer alıblar. Bu komandanın oyunlarını təhlil etmişəm, ötən il mərhələ adlayan güclü kollektivdirlər. Əsas problem heyətdəki oyunçu sayının azlığıdır. Buna baxmayaraq, bütün rəqiblərlə başabaş mübarizə aparmaq mümkündür. Futbolçulara da aşılamışam ki, əsas hədəf finala qədər irəliləməkdir. Mövcud problemlər komandaya əlavə motivasiya olacaq".
Qeyd edək ki, "Buxar Sumqayıt" G qrupunda Çexiyanın "Abus Qastro Jıhlava", Polşanın "Aldaç 442 Sport Pub", Bosniya və Herseqovinanın "Delinq İkons Lukavaç" kollektivləri ilə üz-üzə gələcək.
Avropa Liqasının oyunları sentyabrın 26-dan 29-na qədər İspaniyanın Kambrils şəhərində keçiriləcək.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xətaidə yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma aparılır
-
Nazir: "Binədə, Xırdalanda, Masazırda məktəbdəki sıxlıq problemini həll etmişik"
-
Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb
-
Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? - AÇIQLAMA
-
Şirvan suvarma kanalının yenidən qurulması üzrə işçi qrupunun növbəti iclası keçirilib
-
Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq













