Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş "Sabaha doğru" sənədli filmi hazırlanıb
"Azərbaycan Jurnalistlər Şəbəkəsi" İB tərəfindən Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri və "Böyük Qayıdış" prosesinə həsr olunmuş "Sabaha doğru" sənədli filmi ərsəyə gətirilib.
"Report" xəbər verir ki, "Şəhərsalma və Arxitektura İli" çərçivəsində hazırlanan filmdə Qarabağ və Şərqi Zəngəzurun bərpası, insanların doğma yurdlarına qayıdışı və burada qurulan yeni həyat insan hekayələri üzərindən təqdim olunur.
Filmdə sakinlərin təəssüratları ilə yanaşı, müasir memarlıq üslubunda salınan və insan yönlü prinsiplərə əsaslanan yeni yaşayış məntəqələri də nümayiş etdirilir.
Çəkilişlər Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi, Xocalı və Zəngilanda aparılıb.
Filmin ssenari müəllifi Ayaz Mirzəyev, rejissoru Zəka Qulu, operatoru Emin Hüseynov, montaj üzrə mütəxəssisi isə Elmar Tarıyeloğludur.
"Sabaha doğru" "Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma və gələcəyin şəhərləri" layihəsi çərçivəsində istehsal olunub. Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.
Filmin tizerini aşağıdakı linkdən izləyə bilərsiniz:
Oxşar xəbərlər
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
İlham Əliyev Zəngilanda inşa olunmuş ilk yaşayış kompleksinin açılışında iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Vətən müharibəsinin başlamasından 4 il ötür
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə kişi həyat yoldaşını qətlə yetirib
-
Ukrayna kəşfiyyatının rəhbəri: Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib
-
Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb
-
Alimlərdən yeni kəşflər: isti çay xərçəng riskini artırır, ilan zəhərindən antibiotik hazırlanıb
-
"WSJ": ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır
-
BVF üç ilə dünya üzrə dövlət borcunun ÜDM-in 100%-ni ötəcəyini gözləyir













