Xankəndidə türkdilli ölkələrin qadın rəssamlarının incəsənət simpoziumu və sərgisi keçirilib
Xankəndidə Şəhər Günü münasibətilə türkdilli ölkələrin qadın rəssamlarının iştirakı ilə incəsənət simpoziumu və sərgi keçirilib.
"Report" xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşəbbüsü ilə təşkil olunan "Türk Dünyası Qadın Rəssamları Sərgisi" türk dünyasının müxtəlif ölkələrindən olan istedadlı qadın rəssamları bir araya gətirib.
Xankəndi, şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Raev, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev, Mədəniyyət Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərrux Cumayev və digər şəxslər iştirak ediblər. Qonaqlar əvvəlcə sərgidə nümayiş etdirilən rəsm əsərləri ilə tanış olublar. Əsərlərdə Qarabağın təbiəti, tarixi-mədəni irsi, şəhər və yaşayış məntəqələrinin siması, eləcə də bölgədə aparılan bərpa- quruculuq işləri əks olunub.Simpozium çərçivəsində türk dünyasının qadın rəssamları, 5 gün ərzində bölgənin zəngin tarixi, mədəniyyəti, təbiəti və müasir inkişafı ilə yaxından tanış olub, təəssüratları öz əsərlərində əks etdiriblər.
Sərgidə nümayiş olunan hər bir əsər, rəssamların Qarabağ təəssüratlarının kətan üzərindəki bədii ifadəsi kimi diqqət çəkib. Əsərlərdə bölgənin füsunkar təbiəti, tarixi-mədəni irsi və yenidən canlanan həyatının müxtəlif çalarları öz əksini tapıb.
Tədbirin məqsədi türk dünyasının qadın rəssamlarını vahid sənət platformasında bir araya gətirmək, ölkələr arasında mədəni əlaqələri və yaradıcı əməkdaşlığı gücləndirmək, təsviri sənət sahəsində təcrübə və fikir mübadiləsinə imkan yaratmaqdır.
Sərgi Xankəndi Mədəniyyət Mərkəzində təşkil olunub. Tədbirin davamında qonaqlar Lənkəran Dövlət Dram Teatrının truppasının təqdim etdiyi müxtəlif səhnə əsərlərini izləyiblər.
Oxşar xəbərlər
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib
Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
-
Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvanda vətəndaş qəbulu keçirib
-
Füzulidə dəhşətli qəza: Ölən və yaralananlar var
-
Albaniyada Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi üçün 6 milyon dollar ayrılıb
-
Haaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb
-
Naxçıvanda "Velo Fest" velosiped festivalı keçirilib













