Yaponiyada yaşlı əhalinin sayı rekord həddə çatdı
Yaponiyada 65 yaş və yuxarı insanların sayı və onların ölkə əhalisindəki payı yeni rekord səviyyəyə yüksəlib. Eyni zamanda, işləyən yaşlı insanların sayı da indiyədək qeydə alınan ən yüksək həddə çatıb.
Far.Az xəbər verir ki, Yaponiya mediasının yaydığı məlumatlara görə, ölkədə 65 yaşdan yuxarı insanların ümumi sayı 36,24 milyon nəfərə çatıb. Bu, əvvəlki illə müqayisədə 20 min nəfərlik artım deməkdir. Onların 15,71 milyonu kişi, 20,54 milyonu isə qadındır.
Yaşlı əhali Yaponiyanın ümumi əhalisinin 29,6 faizini təşkil edir. Bu göstərici bir il ərzində 0,2 faiz bəndi artaraq yeni rekord müəyyənləşdirib. BMT-nin məlumatlarına əsasən, əhalisi 40 milyondan çox olan 39 ölkə arasında 65 yaş və yuxarı insanların payı ən yüksək olan ölkə Yaponiyadır.
Yaponiya Daxili İşlər Nazirliyinin məlumatına görə, ötən il ölkədə çalışan 65 yaşdan yuxarı insanların sayı da rekord həddə çataraq 9,43 milyon nəfər olub. Bu, əvvəlki illə müqayisədə 130 min nəfər çoxdur. Yaşlı əhali arasında məşğulluq səviyyəsi 26 faiz təşkil edib.
Ölkədə əhalinin azalması və bəzi sahələrdə işçi qüvvəsinə tələbatın artması səbəbindən yaşlı insanların əmək bazarında iştirakının gələcəkdə də yüksələcəyi gözlənilir.
Yaponiya əhalisinin sürətlə azalması ilə üzləşən ölkələrdən biridir. 2025-ci ildə ölkə əhalisi əvvəlki illə müqayisədə 917 min nəfər azalaraq 119 milyon 736 min 483 nəfərə düşüb. Bu, 1968-ci ildən bəri ən böyük illik azalma olub.
Ötən il ölkədə təxminən 670 min doğum, 1,6 milyon ölüm qeydə alınıb. Əhali sayının azalması və doğum səviyyəsinin aşağı düşməsi fonunda ölkədə yaşlı insanların ümumi əhali içərisində payı artmaqda davam edir.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Bakıda keçirilən WUF13 dünya mediasının diqqət mərkəzindədir
"Safari"nin Azərbaycandakı bazar payı 3 ayda 2 dəfədən çox azalıb
Azərbaycanda "Chrome"un bazar payı iki ayda 8 %-dən çox azalıb
Azərbaycanda planşetlərdə "Chrome"un payı 18 % azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Albaniyada Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi üçün 6 milyon dollar ayrılıb
-
Haaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb
-
ABŞ-də senatorlar süni intellektin Çin gəmisi barədə yanlış hesabatının araşdırılmasını tələb ediblər
-
Trampın iqamətgahı üzərində uçan təyyarə ələ keçirilib
-
"Barselona" Rafinyanın het-triki sayəsində "Sevilya"nı məğlub edib
-
Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu













