Azərbaycan Tbilisidə ICPEN-in beynəlxalq konfransında təmsil olunub
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Tbilisi şəhərində keçirilən "Rəqəmsal dövrdə etimadın qurulması" mövzusunda İstehlakçı Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkənin (International Consumer Protection and Enforcement Network - ICPEN) növbəti Konfransında və Yüksək Səviyyəli Görüşdə iştirak edib.
"Far.Az" bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, tədbirdə süni intellekt və alqoritmik bazarlar, həssas istehlakçıların müdafiəsi, transsərhəd əməkdaşlıq, eləcə də istehlakçı hüquqlarının müdafiəsi qurumlarının fəaliyyətinin əlaqələndirilməsi məsələləri müzakirə olunub.
Konfransa ICPEN-ə üzv ölkələrin istehlakçı hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən aidiyyəti qurumlarının rəhbər və yüksək səviyyəli nümayəndələri, eləcə də beynəlxalq təşkilatların təmsilçiləri qatılıblar.
E. Bağırov konfrans çərçivəsində keçirilən "Şərqi Avropa və Cənubi Qafqazda istehlakçı hüquqlarının müdafiəsi" adlı panel sessiyasında çıxış edib. Çıxış zamanı regionda istehlakçı hüquqlarının müdafiəsi sahəsində mövcud çağırışlar, milli təcrübə və prioritet istiqamətlər barədə məlumat verilib, regional əməkdaşlığın inkişaf etdirilməsi imkanları diqqətə çatdırılıb.
Daha sonra Agentliyin sədri ICPEN-ə üzv qurumların rəhbər və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilən Yüksək Səviyyəli Görüşdə iştirak edib. Görüşdə istehlakçı hüquqlarının müdafiəsi sahəsində beynəlxalq və transsərhəd əməkdaşlığın genişləndirilməsi, məlumat mübadiləsinin gücləndirilməsi və qabaqcıl təcrübələrin tətbiqi imkanları müzakirə olunub.
Xatırladaq ki, Azərbaycan 2006-cı ildən etibarən ICPEN-in üzvüdür. Ölkəmiz təşkilatda Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən təmsil olunur. Azərbaycan Respublikası həmçinin ICPEN-in 2026-2027-ci illər üzrə Məsləhət Qrupuna üzv seçilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə kişi həyat yoldaşını qətlə yetirib
-
Ukrayna kəşfiyyatının rəhbəri: Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib
-
Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb
-
Alimlərdən yeni kəşflər: isti çay xərçəng riskini artırır, ilan zəhərindən antibiotik hazırlanıb
-
"WSJ": ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır
-
BVF üç ilə dünya üzrə dövlət borcunun ÜDM-in 100%-ni ötəcəyini gözləyir













